25 C
Baku
Sunday, July 21, 2024

Martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün 2023-cü il martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahan nəticələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 68 nəfərdən 1 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 28 aprel 2023‑cü il tarixində onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2023-cüi il 25 aprel saat 10:00-dan 27 aprel saat 17:00-dək DİM-in internet saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər