Martın 3-cü valyuta hərracı bitdi, dolların məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə martın üçüncü valyuta hərracı keçirilib.

Bu barədə məlumat Banker.az-a AMB-dən məlumat daxil olub.

Məlumata görə, 9 mart 2018-ci il tarixində keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi sabit qalaraq 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, sonuncu hərracda USD/AZN cütlüyünün məzənnəsi 1,7000 səviyyəaində formalaşmışdı.

Dollar, avro və rublun banklarda dəyşilməsini online cədvəllə (linkdə) müşahidə edə bilərsiz.