12 C
Baku
Wednesday, April 24, 2024

“Marvel” in ən zəngin aktrisalarının Top 10-luğu

“Marvel” korporasiyasının filmlərində qadın aktyorlar adətən baş rolda olmurlar, lakin ümumilikdə kinematoqrafiya sənayesində onların sayı olduqca çoxdur. “Marvel” in ən zəngin aktrisaları aşağıdakılardır:

  1. Karen GillanImage result for Karen Gillan

Reytinqi 2 milyon dollar sərvəti olan Şotlandiya aktrisası və keçmiş model Karen Gillan açır. “Marvel” dünyasında o, “Qalaktikanın mühafizəçiləri” filmindəki Nebulanı canlandırır. Karen Gillan yalnız Thanos-un qızı rolu ilə deyil, həm də Doktor Kimin kompanyonu kimi tanınır. 

  1. Letitia Wright

Image result for Letitia WrightLetitia Wright – Havay əsilli ingilis aktrisasıdır. “Qara pantera”, “Qisasçılar: Sonsuzluq müharibəsi” və “Qisasçılar: Final” filmlərində çəkilib. Gənc aktrisa karyerasının başlanğıcında olsa da, bu gün onun sərvəti 4 milyon dollar dəyərində qiymətləndirilir. 

  1. Tessa Thompson

Image result for Tessa Thompson“Marvel” in digər aktrisası “Tor: Raqnarok” filmində çəkilən Tessa Thompson-dur. Bu gün onun sərvəti 4 milyon dollar dəyərində qiymətləndirilir. Eyni zamanda o “Qisasçılar: Final” filmində də çəkilib. 

Tore rolundan əlavə, Tessa Thompson bu yaxında aktyor Chris Hemsworth ilə birlikdə “Qara geyinmiş insanlar” filmində çəkilmişdi. 

  1. Elizabeth Olsen

Image result for Elizabeth Olsen“Marvel” dünyasında Elizabeth Olsen inanılmaz qabiliyyətli personajlardan birini canlandırır. O, bu rolda ilk dəfə 2014-cü ildə “Birinci qisasçı: Başqa müharibə” filmdən sonra göründü. 2016-cı ildə aktrisa “Birinci qisasçı: Mübarizə”, 2018-ci ildə “Qisasçılar: Sonsuzluq müharibəsi”, 2019-cu ildə isə “Qisasçılar: Final” filmlərində çəkilib. 

  1. Brie Larson

Image result for Brie Larson

Brie Larson dünya şöhrətini “Kapitan Marvel” filmindəki Kerol Denvers rolundan sonra qazansa da, həmçinin “Qisasçılar: Final” filmində də çəkilmişdi. “Glamour” jurnalına verdiyi müsahibədə aktrisa soyadı mürəkkəb olduğundan, “Larson” təxəllüsünü götürmək məcburiyyətində olduğunu söyləmişdir. Hazırda onun sərvəti 10 milyon dollar təşkil edir. 

  1. Evangeline Lilly

Image result for Evangeline Lilly2015-ci ildə Evangeline Lilly “Qarışqa-adam” filminin Houp Van Dayn rolunda çəkilib. Aktrisa həmçinin “Birinci qisasçı: Mübarizə” səhnəsində də iştirak etməli olduğunu söyləmişdir. 

2018-ci ildə kinoteatr ekranlarına buraxılan “Qarışqa-adam və Arı” filmində, o, baş rolda çəkilib.

  1. Zoe Saldana

Image result for Zoe SaldanaZoe Saldana reytinqimizdə dördüncü yer alıb və bu gün gənc aktrisanın sərvəti 20 milyon dollar dəyərində qiymətləndirilir. Saldana fantastika üslublu “Qalaktikanın mühafizəçiləri” filmində və “Ulduzlu yol” blokbasterində çəkilib. Lakin bütün bunlara baxmayaraq, “Marvel” in qadın qəhrəmanlarından biri olan Zoe Saldana “Karib dənizinin quldurları: “Qara mirvari” lənəti” adlı filmindəki çəkilişindən sonra məşhurlaşdı. 

2020-ci ildə “Avatar-2” fantastika üslublu filmin buraxılması planlaşdırılır. Əldə edilən məlumata görə, bu filmdə Saldana Navi Neytiri rolunu canlandıracaq. 

  1. Natalie Portman

Image result for Natalie PortmanNatalie Portman “Marvel” ə gəlməmişdən əvvəl də ən məşhur aktrisalar sırasında idi. 

Qeyd edək ki, Natalie Portman ilə “Marvel” arasındakı münasibətlər çox da yaxşı olmamışdı: deyirlər ki, aktrisa əməkdaşlıqdan narazı qalaraq, “Tor” filimdən sonra franşizanı tərk etdi. 

“Tor” filmində aktrisa Jane Foster rolunu canlandırır. Əlbəttə ki, bu yaxında çəkiləcək “Tor: Sevgi və gurultu” səhnəsindən sonra onun sərvəti daha da artacaq. Bu gün Natalie Portman-nın var-dövləti 60 milyon dollar təşkil edir. 

  1. Gwyneth Paltrow

Image result for Gwyneth PaltrowGwyneth Paltrow “Marvel” in doqquz filmində çəkilib: “Dəmir adam”, “Dəmir adam-2”, “Dəmir adam-3”, “Qisasçılar: Altron erası”, “Birinci qisasçı: Mübarizə”, “Hörümçək-adam: evə dönüş”, “Qisasçılar: Sonsuzluq müharibəsi” və “Qisasçılar: Final”. Bu gün aktrisanın mülkü 60 milyon dollar dəyərində qiymətləndirilir. 

 

  1. Scarlett Johansson

 

marvelScarlett Johansson reytinqdə birinci yer alıb və bu təəccüblü deyil. Belə ki, o, “Marvel” in ən zəngin ulduzlarından biridir. Bunun əsas səbəbi aktrisanın Qara dul personajını canlandırması olub. Ümumiyyətlə, Scarlett çəkildiyi filmlərin əksəriyyətində baş roldadır.  

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər