16 C
Baku
Thursday, March 28, 2024

“Marvel” ulduzları nə qədər qazanırlar?

“Marvel” film kainatının çəkilişlərində aktyorların nə qədər qazandığı məlum olub. Müvafiq məlumatlar 23 aprel tarixində Just Jared portalı tərəfindən nəşr edilmişdir.

Robert Downey Jr.-ın çəkiliş zamanı aldığı məbləğ təxminən 50 milyon dollar təşkil edir. Qeyd edək ki, aktyor “Dəmir adam” filmin çəkilişindən cəmi 500 min dollar qazanmışdır. Digər məşhur aktyorlardan biri olan Chris Evans, “Kapitan Amerika” filminin ilk səhnəsinə görə 300 min dollar, “Sonsuzluq müharibəsi” çəkilişindən isə 15 milyon dollar qazanıb. Maraqlıdır ki, kino kainatının gənc aktyoru Brie Larson,  “Kapitan Marvel” in ilk səhnəsinə görə 5 milyon dollar alıb.

Xatırladaq ki, “Qisasçılar: Final” kino-komiksin açılışı 2019-cu ilin 26 aprel tarixində, ABŞ-da keçiriləcək. Bəzi ekspertlərin fikrincə, bu səhnə James Cameron-un “Avatar” filmini sıxışdıraraq, reytinqdə birinci yer tuta bilər.

Son xəbərlər
Digər xəbərlər