11 C
Baku
Wednesday, December 3, 2025

“Marvell” “Celestial AI” startapını $3,25 milyarda alıb

“Marvell Technology” “Celestial AI” startapını 3,25 milyard dollara satın alır. Saziş “Marvell”ə “Celestial”in süni intellekt çipləri ilə yaddaş arasında əlaqəni sürətləndirən qabaqcıl foton texnologiyalarından istifadə etməyə imkan verəcək və şirkətin “Broadcom” və “Nvidia” kimi nəhənglərlə rəqabətdə mövqeyini gücləndirəcək.

Xəbərin fonunda və növbəti maliyyə ili üçün optimist proqnozlara görə “Marvell”in səhmləri hərraclarda 13% artıb.

Şirkət gələn il təxminən 10 milyard dollar gəlir gözləyir. Bu məbləğə data-mərkəz seqmentində 25%, ixtisaslaşdırılmış çiplər üzrə isə 20% gəlir artımı daxildir.

“Marvell” hesab edir ki, “Celestial” texnologiyalarından əldə olunan gəlir 2028-ci maliyyə ilinin ikinci yarısından etibarən nəzərəçarpacaq dərəcədə artmağa başlayacaq — ilin sonuna doğru 500 milyon dollara, 2029-cu ilin dördüncü rübündə isə 1 milyard dollara çatacaq. Sazişin 2026-cı ilin birinci rübündə tamamlanması gözlənilir.

Alqı-satqı ilə əlaqədar “Marvell” “Amazon”a 2030-cu ilin sonuna qədər şirkət səhmlərindən 90 milyon dollara qədər almaq imkanı verən opsion təqdim edib — bu, “Amazon”un “Marvell”in foton məhsullarını alması şərti ilə mümkün olacaq.

Son xəbərlər
Digər xəbərlər