12 C
Baku
Sunday, October 27, 2024

Masallı Sənaye Zonasının yaradılmasına tikinti işlərinin satınlaması üzrə tender elan edilib

“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti Masallı rayonunda Masallı Sənaye Zonasının yaradılması ilə bağlı tikinti işlərinin satınalınması məqsədilə açıq tender elan edib. Şirkətin ictimayətə aşıqladığı rəsmi məlumata görə, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 29-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 10-na qədər şirkətin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanındakı “Demirchi Tower” iş mərkəzinin 20-ci mərtəbəsində yerləşən ofisinə təqdim etməlidirlər.

Əlaqələndirici şəxs Kamran Musayevdir. Telefon: (012) 488-80-10.
Təkliflərə iyulun 11-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər
Digər xəbərlər