İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Masallı Sənaye Məhəlləsində indiyə qədər 14,4 milyon manatlıq məhsul istehsal edilib.
Banker.az Agentliyə istinadən xəbər verir ki, Parkda layihələrinin investisiya dəyəri 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb.
İş adamları 2,1 milyon manat investisiya yatırıb, 70-dən çox daimi iş yeri yaradıb. Növbəti mərhələdə daha 12,6 milyon manat investisiya yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Məhəllə Prezident İlham Əliyevin 13 iyun 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, 10 hektar ərazini əhatə edir.