Masallıda yeni DOST Mərkəzinin tikintisinə 9.8 milyon manatlıq tender elan edilib.
Banker.az xəbər verir ki, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) Masallı DOST Mərkəzinin tikintisi və avadanlıqların alınması üçün tender prosesinə start verib.
Layihənin ehtimal olunan dəyəri 9 824 829,66 manat təşkil edir.
Tender Masallı rayonunda yeni DOST Mərkəzinin inşasını və mərkəzin fəaliyyətini təmin edəcək avadanlıqların alınmasını əhatə edir.







