30 C
Baku
Monday, July 8, 2024

Masallının 13 yaşayış məntəqəsinin qaz təchizatında fasilə yaranıb

Bu gün qaz xəttinin zədələnməsi nəticəsində Masallı rayonunun 13 yaşayış məntəqəsinin (14 min abonent) qaz təchizatında fasilə yaranıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Masallı 1 və 2” ölçü qovşağından qidalanan Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən orta təzyiqli yeraltı qaz xəttinin (internet kabeli çəkən təşkilat tərəfindən) zədələnməsi ilə bağlı bu gün saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır.

Son xəbərlər
Digər xəbərlər