17 C
Baku
Sunday, April 14, 2024

Masallının icra başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti Şahin Məmmədovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

“Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin” deyə, Prezident İlham Əliyev 25 iyul 2022-ci il tarixli sərəncamında deyilir.

Digər sərəncamla Araz Əhmədov icra başçısı təyin edilib.

Şahin Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb. 1975–1983-cü illərdə “Azelektromontaj” idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1983–1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992–1993-cü illərdə Maliyyə Nazirliyinin “Azəraudit” mərkəzinin Bərdə rayon şöbəsinin rəisi vəzifələrində çalışıb.

1993–1995-ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri işləyib.

1996–2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000–2004-cü illərdə isə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri olmuşdur.

17 aprel 2004-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başcısı, 26 dekabr 2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, 20 noyabr 2019-cu ildə isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

Son xəbərlər
Digər xəbərlər