30 C
Baku
Thursday, August 11, 2022

Masallının iki kəndinin elektrik şəbəkəsi yenidən qurulur

“Azərişıq” ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, Masallı rayonunun Eminli və Ərəb kəndlərinin elektrik şəbəkəsi yenidən qurur.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində 171 abonenti olan Eminli kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 11 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.

Masallının Ərəb kəndində də yenilənmə işlər davam etdirilir. 156 abonenti olan kənd ərazisində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 7 km-a yaxın 10 kV-luq, 10 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Eminli və Ərəb kəndləri ilə yanaşı,Masallı rayonunun Xırmandalı və Mollaoba kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 2000-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər