Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən monitorinqlər zamanı Abşeron rayonu, Masazır qəs., Qurtuluş-93 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Novruzov Kamil Tofiq oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqəsinə baxış keçirilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Baxış zamanı məntəqədə antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin və baytarlıq ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.