9 C
Baku
Thursday, December 12, 2024

“Masdar” Azərbaycanda günəş elektrik stansiyasının maliyyələşdirilməsi üçün “yaşıl” istiqraz buraxıb

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tezliklə Azərbaycanda inşa etdiyi qoyuluş gücü 230 MVt olan Qaradağ Günəş Fotovoltaik (PV) Elektrik Stansiyası layihəsinin maliyyələşdirilməsi üçün cəlb etdiyi krediti buraxdığı “yaşıl” istiqraz hesabına bağlayacaq.

Bunu “Masdar” şirkətinin baş maliyyə direktoru Nayl Hannigan deyib.

O bildirib ki, “Masdar” 750 milyon ABŞ dolları dəyərində “yaşıl” istiqrazlarının debüt buraxılışını həyata keçirib. Bu da, şirkətə Azərbaycanda “Qaradağ” Günəş Elektrik Stansiyası və Özbəkistanda qoyuluş gücü 500 MVt olan dəniz külək enerjisi layihələrin hər birisinə cəlb edilən 250 milyon ABŞ dollarlıq keçid kreditlərini bağlamağa imkan verəcək. Qalan 250 milyon ABŞ dolları isə Özbəkistandakı üç günəş enerjisi layihəsinə yönəldiləcək və bu layihələrin maliyyələşdirilməsi tezliklə yekunlaşdırılacaq.

“Şimali Amerikada, xüsusən də ABŞ bazarında əhəmiyyətli dərəcədə böyüməyi planlaşdırırıq. Bu region kritik bir bazardır. “Masdar”, ABŞ-dakı potensial satınalma hədəfləri ilə bağlı müzakirələr aparır və həmçinin Avropada, Körfəz və digər ölkələrdə fəaliyyətini genişləndirmək niyyətindədir. Mərkəzi Asiya, Asiya-Sakit okean və Afrika da gələcək inkişaf istiqamətlərimiz arasında yer alır”, – N. Hannigan qeyd edib.

Qeyd edək ki, Qaradağ Günəş Fotovoltaik Elektrik Stansiyası layihəsi 2023-cü ildə kommersiya fəaliyyətinə başlayacaq. Stansiya ildə 0.5 milyard kVt/saat elektrik enerjisi istehsal etməyə kömək edəcək. Bu da 110 000-dən çox evin ehtiyaclarını ödəməyə və karbon emissiyalarını ildə 200 000 tondan çox azaltmağa, həmçinin yerli əhali üçün yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər