22 C
Baku
Wednesday, May 29, 2024

“Masdar” şirkətinin baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Masdar” şirkəti adından ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Müdrik liderliyiniz və baxışınız sayəsində “Masdar” Azərbaycanın Energetika Nazirliyi ilə ölkənizdə təmiz enerjinin təşviqi istiqamətində birlikdə səylə çalışır. Azərbaycan bərpaolunan enerjinin istehsalında regionda lider olmaqda davam edir.

Bu tərəfdaşlığın əyani nəticəsi ötən ilin oktyabrında Azərbaycanın ilk xarici investisiyaya əsaslanan müstəqil sənaye miqyaslı birinci günəş elektrik stansiyası layihəsinin – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi ilə nümayiş olundu.

Prezidentliyinizin yeni dönəminə başlayarkən “Masdar” tərəfdaşlığımızı daha da gücləndirməyi, bununla da birlikdə ölkənin nəhəng təmiz enerji potensialını üzə çıxarmağı səbirsizliklə gözləyir.

Bu il Bakıda COP29-un keçiriləcəyini nəzərə alaraq biz Dubayda COP28-də qəbul edilmiş Birləşmiş Ərəb Əmirlikləri Konsensusunun müddəalarını yerinə yetirməyə, BƏƏ-nin və Azərbaycanın təmiz enerjinin, iqlim dəyişikliyi ilə mübarizənin təşviq olunmasına möhkəm sadiqliyini bütün dünyaya nümayiş etdirməyə ümidvarıq.

“Masdar” şirkətinin komandası COP29-dan faydalanaraq Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti ilə birlikdə yeni layihələrin,
o cümlədən quruda 1 qiqavat gücə malik bərpaolunan enerji layihələrinin və dəniz/yaşıl hidrogen istehsalı layihələrinin inkişaf etdirilməsində əməkdaşlıq edəcək.

Sizinlə Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında görüşməyi səbirsizliklə gözləyirəm”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər