25 C
Baku
Saturday, July 27, 2024

“Maserati” 4336 avtomobili geri çağırır

İtaliyanın lüks avtomobil istehsalçısı “Maserati” Çin bazarında satdığı 4336 nəqliyyat vasitəsini yanacaq borularındakı qüsurlara görə geri çağırmağa başlayıb.

Banker.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Bildirilir ki, geri çağırılan avtomobillər 2013-2017-ci illərdə istehsal olunmuş “Quattroporte” və 2013-2015-ci illərdə buraxılan “Ghibli” modelləridir.

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərin yanacaq borularındakı qüsurların alışma ilə nəticələnə biləcək benzin sızmasına səbəb olacağını düşünürlər. İstehsalçı şirkət qüsurlu hissələri öz hesabına dəyişəcək.

Son xəbərlər
Digər xəbərlər