13 C
Baku
Sunday, September 29, 2024

Maşın qiymətinə “ağıllı” velosipedlər gəlir

Çinin nəhəng “Xiaomi” şirkəti ən müasir xüsusiyyətlərinə malik “ağıllı” velosipedlərin istehsalı ilə məşğul olacaq.

“The Wall Street Journal” da dərc olunan məlumatına görə, bu velosipedlər əsl maşının qiymətində satışa çıxarılacaq.

“Xiaomi” şirkəti istehsal etdiyi cihazların spektrini genişləndirir və gələcəkdə bütün bunları bir ekoloji sistemdə birləşdirmək mümkün olacaq. Şirkət rəhbərliyi əvvəlcə “iRiding” texnoloji startapını investisiya edib və 2016-cı ilin mart ayında “ağıllı” velosiped istehsalını təqdim edib. Velosipedin korpusu karbon lifindən hazırlanıb ki, bunun sayəsində velosiped olduqca yüngül – təxminən 7 kiloqram çəkiyə malik olacaq. Əlavə olaraq xüsusi sensorlar və ötürücülər quraşdırılıb ki, bu da velosipedin fəallığını ölçəcək.

Velosipedlər şirkətin şəxsi “Xiaomi QiCycle” elektron platformasında satışa çıxarılacaq.  Onun qiyməti isə bir az insanı məyus edici – 3 min dollar təşkil edəcək.

Təbii ki, şirkət daha qənaətli variantı da istehsal etməyə hazırdır. Bu variant velosipedlərin qiyməti isə 450-500 dollar olacaq. Ancaq bu, yaxın bir neçə ay ərzində baş verəcək. Bu növ velosipedlər elektrikli mühərriklə təchiz ediləcək.

İKT.lent.az

Son xəbərlər
Digər xəbərlər