Maşın təkərlərinin qiymətində artım müşahidə olunur.
Banker.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, sürücülər ötən illərlə nisbətdə təkərlərin qiymətində ciddi şəkildə artım olduğunu deyirlər.
Qiymət artımını elə satıcılar özləri də təsdiqləyirlər. Təkərlərin qiyməti istehsalçı ölkələrə və təkərlərin ölçülərinə görə dəyişir. Qiymət dəyişikliyi isə xərclərin artması ilə əlaqələndirilir.
Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, ölkəyə idxal olunan məhsulların gömrük rusumlarının dərəcələri Nazilər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
Hazırda rüsümlarda heç bir artım yoxdur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: