9 C
Baku
Monday, December 23, 2024

Maşını girovdan çıxarmaq neçəyə başa gəlir?

Müəllif: DJ Tural

Bu günlərdə 65-155 nömrəsinə gələn zənglərdən bir çoxu radara düşməklə bağlı suallardan əlavə, həm də avtomobilin girovdan çıxarılması ilə bağlıdır.

Əslində, bu sadə bir prosesdir. Lakin nə üçünsə Azərbaycanda bu sadə prosesdən bizim sürücülər çətinliklə keçirlər.

Nəqliyyat vasitəsinin girovla bağlı qaydaları  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə nizamlanır. İlk olaraq nəqliyyat vasitəsinin girova qoyulmasından başlayaq. Bunun üçün sizə nələr lazımdır ?

tural•    Nəqliyyat vasitəsinin qeydiyyatı üçün – 10 azn
•    Qeydiyyat nişanı üçün – 22 azn
•    Nəqliyyat vasitəsinin texniki baxışı üçün – 20 azn
•    Qeydiyyat şəhadətnaməsi üçün – 17 azn
•    Mühərrikdən asılı olaraq – yol vergisi
•    Bankdan sənədlər
•    Müayinə arayışı
•    Qeydiyyat ərizəsi
•    Hesab-arayış (alqı-satqı müqaviləsi)
•    Şəxsiyyət vəsiqəsi
 
Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN Dövlət Yol Polisi idarəsinin qeydiyyat-imtahan hissələrində  müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır.

Nəqliyyat vasitələrinin müayinədən keçirilməsi onların axtarışda olub-olmaması faktının, məhkəmə orqanları, yaxud digər səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər tərəfindən mövcud qanunvericilik aktlarına müvafiq olaraq cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə və girov saxlanmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasının mövcudluğunun yoxlanılması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması və insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilir.

Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün onu ərizə ilə birlikdə qeydiyyat məntəqəsinə təqdim etməlidir. Qeydiyyat məntəqəsi ərizəni xüsusi kitabda qeydə almaqla nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsi nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış verir.

Ərizəçi tərəfindən bir neçə nəqliyyat vasitəsi təqdim edildikdə hər bir nəqliyyat vasitəsi üçün ayrıca arayış verilir.
 Nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq və digər səbəblər üzündən mümkün olmadıqda, qeydiyyat məntəqəsi həmin nəqliyyat vasitəsinin olduğu yer üzrə onun müayinəsini keçirdə bilər.
 Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

Bütün bu prosesi keçdikdən sonra 45 dəqiqədən ərzində avtomobilin sənədlərini sizə təqdim edirlər.

Bir neçə müddətdən sonra sizin avtomobilin girovdan azad olunması mərhələsi başlayır. Girovdan azad etmək üçün sizə bir neçə sənəd lazımdır.

•    Bankdan kreditin bitməsi ilə bağlı məktub
•    Müayinə arayışı (DYP tərəfindən bağlanılır)
•    Texniki pasport üçün – 17 azn
•    texniki baxış müddəti çatıbsa (texniki baxış rüsumu və yol vergisi)

Maksimum 45 dəqiqədən sonra isə sizin avtomobil girovdan  azad olunacaq. Qanunu bilin, heç kimə artıq ödəniş etməyin.

 *Qeyd : Rüsumlar üçün qəbzlərin hər biri ayrı-ayrılıqda olmalıdır.

 **Qeyd : Heç kimə artıq ödəniş etməyin. Kimsə artıq ödəniş istəyəcəksə, onun üçün qəbz(çek) tələb edin.

 ***Qeyd : Bəzən bankın əməkdaşlarının DYP idarəsinə gəlmək tələb olunur. Bu qanuna ziddir.

Mənbə: http://avtostop.tv

Son xəbərlər
Digər xəbərlər