9 C
Baku
Tuesday, December 24, 2024

Mask: ABŞ sürətlə iflasa doğru gedir

ABŞ siyasəti ölkəni iflasa apara bilər, bu barədə amerikalı milyarder İlon Mask “X” (əvvəlki “Twitter” sosial şəbəkəsində yazıb.

Bununla Mask “X”də Hökumətin Effektivliyi Departamentinin (DOGE) səhifəsindəki postuna cavab verib. Orada deyilir ki, 2023-cü ildə Amerika hökuməti 6.16 trilyon dollar xərcləyib və 4.47 trilyon dollar alıb. Sonuncu dəfə ABŞ-nin büdcə profisiti 2001-ci ildə olub, DOGE qeyd edir və büdcəni balanslaşdırmağa çağırır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Mask və sahibkar Vivek Ramasvamini DOGE şirkətinə rəhbər təyin edib. Milyarder bildirib ki, onun məqsədlərindən biri ölkə büdcəsini “ən azı” 2 trilyon dollar azaltmaqdır. Ramasvami həmçinin iddia edir ki, departament bəzi federal agentlikləri ləğv etməyi və federal hökumətin “şişirdilmiş” sahələrində kütləvi ixtisarlar etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər