26 C
Baku
Tuesday, August 12, 2025

Mask “Apple”ı məhkəməyə verir

Amerikalı biznesmen İlon Mask “Apple” şirkətini məhkəməyə vermək niyyətindədir.

Milyarder bu barədə “X” hesabında paylaşım edib.

O, sözügedən şirkəti antiinhisar qanunları pozmaqda günahlandırıb.

Mask iddia edir ki, “Apple” “OpenAI” istisna olmaqla, süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə “AppStore” reytinqində birinci pilləyə yüksəlməyə imkan vermir.

“Bu, birmənalı olaraq antiinhisar qanunvericiliyinin pzulmasıdır. xAI dərhal məhkəməyə müraciət edəcək”, – deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər