9 C
Baku
Friday, November 1, 2024

Mask Avropa İttifaqında “X” sosial şəbəkəsinin bloklanmasını müzakirə edib

Amerikalı milyarder İlon Mask Avropa İttifaqında sahibi olduğu “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) bloklanmasının mümkünlüyünü etiraf edib. “Business Insider”in məlumatına görə, o, Aİ-nin rəqəmsal xidmətlər haqqında yeni qanunu səbəbindən sosial şəbəkənin bloklanması imkanlarını müzakirə edib.

Nəşrin həmsöhbətləri iddia edirlər ki, cənab Mask dəfələrlə daxili bazar üzrə Avropa komissarı Tyerri Bretona bütün DSA standartlarına riayət etmək üçün “X” tərəfindən hansı tədbirləri görməli olduğuna aydınlıq gətirmək xahişi ilə müraciət edib. Bununla belə, bu məsələdə hələ də aydınlıq yoxdur və buna görə də sahibkar “ən radikal qərarlara” hazırdır.

Avropa İttifaqının rəqəmsal xidmətlər haqqında qanunu 2023-cü ilin avqustunda qüvvəyə minib. Sənəd “X”, “TikTok”, “Instagram”, “YouTube”, “Google”, “Amazon Store” daxil olmaqla 19 böyük platformaya Aİ-nin nəzarətini əhəmiyyətli dərəcədə gücləndirir. Avropa komissarı Tyerri Bretonun sözlərinə görə, yeni qanunun prioritetləri uşaqların müdafiəsi və dezinformasiya, o cümlədən “Rusiyayönlü təbliğat”la mübarizənin bir hissəsidir.

Son xəbərlər
Digər xəbərlər