16 C
Baku
Wednesday, October 16, 2024

ABŞ Maska beyin çiplərini insanlar üzərində sınaqdan keçirməyə icazə verib

İlon Maskın beyin çipləri istehsal edən “Neuralink” şirkəti artıq insanlar üzərində klinik sınaqlar keçirə biləcək. Müvafiq icazə ona Qida və Dərman İdarəsi (FDA) tərəfindən verilib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“İnsan üzərində ilk klinik sınaqımıza başlamaq üçün FDA təsdiqini aldığımızı elan etməkdən məmnunuq! “Neuralink” komandasının FDA ilə sıx əməkdaşlıqda apardığı inanılmaz işin bu nəticəsi bir gün texnologiyamızın bir çox insana kömək etməsinə imkan verəcək mühüm ilk addımdır”, – mesajda deyilir.

Şirkət yaxın vaxtlarda test imtahanı üçün iştirakçıların işə qəbulu ilə bağlı əlavə məlumat verəcəyini vəd edib. Nə qədər adamın işə götürülməsinin nəzərdə tutulduğu dəqiqləşdirilməyib.

Xatırladaq ki, 2023-cü ilin martında “Reuters” FDA-nın şirkətə beyin çipini insanlar üzərində sınaqdan keçirməsinə icazə vermədiyini yazıb. FDA-nın əsas narahatlığı cihazın litium batareyasının təhlükəsizliyi, kiçik implant tellərinin beynin digər nahiyələrinə mümkün miqrasiyası və cihazın beyin toxumasına zərər vermədən çıxarılıb-çıxarılmaması olub.

Son xəbərlər
Digər xəbərlər