27 C
Baku
Saturday, July 27, 2024

Mask bir nəfərdən başqa “Twitter”in bütün kommunikasiya əməkdaşlarını işdən çıxarıb

“Twitter“in yeni sahibi İlon Mask şirkətin kommunikasiyalar departamentinin işçilərini ixtisar edib və yalnız bir işçi qalıb.

Bu barədə “Axios” internet portalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, sahibkarın planlarına əvvəllər Tesla və SpaceX-ə təsir edən kommunikasiyaların prioritet vəzifələr siyahısından çıxarılması da var.

Portal qeyd edir ki, əvvəllər “Twitter” kommunikasiyalar departamentində dünyanın müxtəlif ölkələrindən olan əməkdaşlar çalışıb.

Onların ümumi sayı göstərilmir.

Oktyabrın 27-də Mask eyni adlı sosial şəbəkənin sahibi olan “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağladı.

Oktyabrın 31-də ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərə görə, milyarder şirkətin direktorlar şurasını şdən çıxarmağa hazırlaşır.

Tvitteri satın aldıqdan dərhal sonra Mask rəhbərlik üzvlərini işdən çıxardı.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər