8 C
Baku
Monday, November 18, 2024

Mask deyir ki, bərpa olunan enerji mənbələrinə keçid yaxın zamanlarda mümkün olmayacaq

Ənənəvi enerji mənbələrindən bərpa olun enerji mənbələrinə tam keçid yaxın zamanlarda mümkün deyil və buna on illərlə vaxt lazımdır.

Bu barədə amerikalı biznesmen İlon Mask Dubayda keçirilən Dünya Hökumətləri Sammitində video əlaqə vasitəsilə çıxışı zamanı deyib.

“Bərpa olunan enerji mənbələrinə, külək və günəş enerjisinə, elektrik avtomobillərinə keçidin başladığı aydındır. Bu sahə sürətlə inkişaf edir, lakin ənənəvi enerji mənbələrinə əsaslanan hazırkı iqtisadiyyatın böyük sənaye bazası var. Hətta bu gündən başlayaraq dünyada istehsal olunan bütün avtomobillər elektrik mühərriki ilə buraxılsa belə, hazırda istifadədə olanların dəyişdirilməsi 20 il vaxt aparacaq”, – deyə İlon Mask bildirib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər