Bəşəriyyət kosmosu araşdırmalı və başqa planetlərdə məskunlaşmalıdır.
Bunu “SpaceX”, “Tesla” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask bildirib.
“Bəşəriyyətin Ayda bazası, Marsda şəhərləri olmalıdır!”, – o, sosial şəbəkə səhifəsində yazıb.
İlon Mask Aya sonuncu enişdən 50 il keçdiyini xatırladıb və əlavə edib ki, bu, bir sivilizasiya olaraq bizim ən yüksək nailiyyətimiz hesab oluna bilməz.