1 C
Baku
Thursday, February 5, 2026

Mask deyir ki, pul ilə xoşbəxt olmaq olmur

Amerikalı milyarder və sahibkar İlon Mask sosial şəbəkə X-də paylaşım edərək pulun insanı xoşbəxt etmədiyini bildirib.

Paylaşımda Mask “Pul ilə xoşbəxtlik almaq olmur” ifadəsinin doğru olduğunu etiraf edib.

O, bunu yazanların haqlı çıxdığını qeyd edib və paylaşımına kədərli emoji əlavə edərək özünün də eyni vəziyyətdə olduğunu eyham vurub.

Qeyd edək ki, bu açıqlama Maskın sərvətinin 800 milyard dollara çatması ilə bağlı müzakirələr fonunda səslənib. O, tarixdə bu həddə çatan ilk insan hesab olunur və potensial ilk trilyoner kimi dəyərləndirilir.

Məlumata görə, Maskın paylaşımı qısa müddətdə 34 milyondan çox baxış toplayıb.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər