6 C
Baku
Sunday, December 15, 2024

Mask “Ginnesin Rekordlar Kitabı”na düşdü

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, amerikalı milyarder İlon Mask itirdiyi şəxsi vəsaitlərinin miqdarına görə dünya rekordunu qıraraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Bu barədə məlumatı təşkilat yayıb.

“İlon Mask tarixdə ən çox miqdarda şəxsi vəsaitlərinin itirilməsi üzrə rəsmi olaraq dünya rekordunu qırıb”, – deyə məlumatda qeyd olunub.

Təşkilat “Forbes” məlumatlarına əsaslanaraq belə bir qərar verdiyini açıqlayıb.

Qeyd olunur ki, İlon Mask 2021-ci ilin noyabrında dünyanın ən varlı şəxsi olub və sərvəti 340 milyard dollara çatıb. “Forbes” milyarderin o dövrdən etibarən təqribən 182 milyard dollar itirdiyini bildirir. Bununla belə, digər mənbələr Maskın əslində itkilərinin 200 milyard dollara çatdığını iddia edirlər.

Buna baxmayaraq, Mask dünyanın ən varlı ikinci şəxsi olaraq qalır.

İlon Maskdan əvvəl isə sözügedən rekordun sahibi “Softbank”ın təsisçisi, yaponiyalı sahibkar Masaesi Son idi. Belə ki, o, 2000-ci ildə 58,6 milyard dollar itirib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər