32 C
Baku
Wednesday, July 23, 2025

Mask: beş ildən sonra süni intellekt dünyadakı bütün insanlardan daha ağıllı olacaq

“Grok” neyron şəbəkəsinin sahibi İlon Mask bildirib ki, süni intellekt (AI) artıq əksər insanlardan daha ağıllıdır. Bununla belə, milyarderin fikrincə, neyron şəbəkələri hələ heç bir konkret sahədə insan zehni ilə uyğunlaşa bilmir, onlar mütləq “ağıllı insanlar qrupundan” geri qalırlar, lakin yaxın gələcəkdə hər şeydə “homo sapiens”i üstələyəcəklər.

“Yəqin ki, onlar iki ildən az müddətdə hər hansı bir insandan daha ağıllı olacaqlar, təxminən beş il sonra isə bütün insanları üstələyəcəklər”, – deyə Mask yazıb.

İyul ayında İlon Maskın “xAI” şirkəti tərəfindən yaradılan “Grok” aneyron şəbəkəsi ətrafında qalmaqal baş verib. O, antisemit ritorikasından istifadə etməyə və Hitleri tərifləməyə başlayıb. Polşanın Baş naziri Donald Tusku isə “xəyanətkar” adlandırıb və solçu fəalları kəskin tənqid edib.

Son xəbərlər
Digər xəbərlər