11 C
Baku
Monday, November 25, 2024

Mask ilin sonuna kimi “Twitter”-ə direktor təyin edəcəyini açıqlayıb

İlon Mask 2023-cü ilin sonuna kimi hazırda vəzifələrini özü yerinə yetirdiyi “Twitter”-ə direktor təyin etmək niyyətindədir.

İ.Mask, bu barədə çərşənbə günü Dubayda keçirilən Ümumdünya Hökuməti Sammitində videobağlantı vasitəsilə danışarkən bildirib.

“Biz ilk növbədə şirkəti sabitləşdirməliyik. Onun maliyyə sağlamlığını təmin etməliyik. Bununla bağlı planlar kifayət qədər aydın şəkildə tərtib edilib. Buna görə də, əmin olmasam da, bunun ilin sonuna qədər baş verəcəyini düşünürəm”, – deyə o, əlaqəli suala cavab verib.

Qeyd edək ki, İlon Mask “Twitter”-i oktyabr ayında 44 milyard dollara satın alıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər