7 C
Baku
Tuesday, January 21, 2025

Mask: Ömürlük həbs olunan “Silk Road”ın sahibi də azad olunacaq

İlon Mask X hesabında ömürlük həbs cəzası çəkən “Silk Road” platformasının yaradıcısı Ross Ulbrixtin azadlığa buraxılacağını yazıb.

Banker.az (İnvestisiya) xəbər verir ki, 2024-cü ilin may ayında Donald Tramp yenidən seçiləcəyi təqdirdə, 2014-cü ildən bəri “Silk Road” adlı qanunsuz onlayn platformanın yaradılmasına görə ömürlük həbs cəzası çəkən Ross Ulbrixti azad edəcəyinə söz verib.

Oktyabrın sonunda Tramp bitkoin tərəfdarlarını prezident seçkilərində ona səs verməyə çağırmış və yenidən Ulbrixti azad etmək planlarını xatırlatmışdı. O, paylaşımında “FreeRossDayOne” həştəqindən istifadə etmişdi. Bununla belə, Tramp prezidentliyinin ilk günündə Ulbrixtə əfv vermədi.

Vivek⚡️ on X: "🇺🇸 Elon Musk just says, “Ross will be freed too.” FREE  ROSS ULBRICHT 💛 https://t.co/J85607AUBO" / X

Bir çox bitkoin həvəskarları Ulbrixtin ömürlük həbs cəzasını həddindən artıq və ədalətsiz hesab edirlər. Onun həbsdə olduğu dövrdən bəri, freeross.org saytında əfvinə çağırış edən petisiya 600 mindən çox imza toplayıb. ABŞ-ın yeni prezidenti indiyə qədər Ulbrixt haqqında rəsmi açıqlama verməyib.

Kriptovalyuta mərc platforması Polymarketdə “Trampın ilk 100 gündə kimi əfv edəcəyi” ilə bağlı proqnozda Ulbrixtin azad ediləcəyi ehtimalı 95% olaraq qiymətləndirilir. Bu mövzuda edilən mərclərin ümumi həcmi isə 5 milyon dolları keçib.

Silk Road anonimlik əsasında qadağan olunmuş malların – narkotikdən saxta sənədlərə qədər – ticarətinin aparıldığı ilk internet bazarı idi. Darknetdə yerləşən platformaya giriş üçün Tor anonim şəbəkəsindən istifadə olunurdu. Silk Road-un ideyası Ulbrixtin riayət etdiyi liberal iqtisadi nəzəriyyələrə əsaslanırdı: rəqəmsal bir bazar, harada ki, anonim şəkildə hər hansı bir şeyi almaq və ödənişi bitkoin vasitəsilə həyata keçirmək mümkün idi.

2013-cü ildə Silk Road ABŞ xüsusi xidmət orqanları tərəfindən bağlandı. Ulbrixt həbs edildi və narkotik ticarəti, çirkli pulların yuyulması və cinayətkar birlik yaratmaqda ittiham olundu. 2015-ci ilin fevralında o, iki ömürlük həbs və əlavə 40 il həbs cəzasına məhkum edildi.

 

Son xəbərlər
Digər xəbərlər