12 C
Baku
Wednesday, December 11, 2024

Mask “OpenAI” və onun həmtəsisçilərinə qarşı iddiasını geri götürüb

İlon Mask “OpenAI” və onun həmtəsisçilərinə qarşı iddiasını geri götürür. CNBC yazır ki, sahibkar San-Fransisko dinləmədən bir gün əvvəl şirkəti məhkəməyə vermək barədə fikrini dəyişib.

Mask 2024-cü ilin martında “OpenAI”, Altman və Brokmana qarşı iddia qaldırıb. O hesab edir ki, həmtəsisçilə “bəşəriyyətin xeyrinə” QHT kimi işləmək öhdəliyinə məhəl qoymurlar və layihəni “Microsoft”un törəməsinə çeviriblər.

“OpenAI” isə Maskın şirkətdən ayrıldığına görə peşman olduğunu bildirib, onu layihəyə nəzarəti ələ keçirmək və “Tesla”ya qoşmaq cəhdində ittiham edib.

Mask 2015-ci ildə “OpenAI”nin həmtəsisçilərindən biri olub, lakin sonradan mümkün maraqlar toqquşması səbəbindən direktorlar şurasından istefa verib. 2023-cü ildə onunla rəqabət aparmaq üçün “xAI” şirkətini təsis edib.

“OpenAI” hüquqşünasları Maskın “kommersiya maraqları” güddüyünü və AI bazarında biznesinin mövqeyini gücləndirmək üçün GPT tərtibatçısının işinə təsir göstərməyə çalışdığını iddia edirlər.

Son xəbərlər
Digər xəbərlər