Bazar ertəsi, Tesla Inc rəsmi olaraq Çində ilk Amerika elektrik avtomobil zavodunun tikintisini başlayacaq. İlon Mask şirkəti dünyanın ən böyük avtomobil bazarında iştirakını gücləndirməyə çalışır
Banker.az xəbər verir ki, Tesla qurucusu olan İlon Mask, 7 Yanvar Bazar ertəsi günü Şanxayda Tesla avtomobil zavodunun tikintisinin başlanacağını elan edib.
“Mən bu gün Şanxayda Tesla zavodunun fəaliyyətə başlamasını səbirsizliklə gözləyirəm!”- Mask öz Twitter səhifəsində qeyd etmişdir.
Reuters agentliyi bildirir ki, bu müəssisə əcnəbiyə məxsus olan ilk Çin zavodu olacaqdır. Tesla ilkin mərhələdə Şanxayda fabrikdə ildə 250 min avtomobil istehsal etməyi planlaşdırır. Bunlar Tesla Model 3 və Tesla Model Y olacaqlar. Gələcəkdə illik istehsal gücü təqribən 500 min avtomobilə çatdırılmalıdır.
Looking forward to breaking ground on the @Tesla Shanghai Gigafactory today!
— Elon Musk (@elonmusk) January 7, 2019
Bu zavodun tikilməsi oktyabr ayında Tesla-nın tikinti üçün sahə aldıqdan, işçilər götürəndən və tikinti materialların alışını başlayandan sonra mümkün olmuşdur,
Şanxayda Tesla zavodunun tikintisinə dair sazişlər haqda məlumat, bu yay açıqlanıb.