16 C
Baku
Sunday, November 3, 2024

Mask “Soros”un fondunu məhkəməyə verəcək

Amerikalı milyarder İlon Mask söz azadlığının boğulmasını dayandırmaq üçün tanınmış maliyyəçi və xeyriyyəçi Corc Sorosun “Açıq Cəmiyyət Fondu”nu məhkəməyə vermək niyyətindədir.

“Doğrudur, “X” (keçmiş tviter – Qeyd) bunu dayandırmaq üçün məhkəməyə verəcək”, – Mask sosial şəbəkə hesabında yazıb.

Onun şərhi jurnalist Ben Skallanın Soros tərəfindən maliyyələşdirilən təşkilatların İrlandiya və Şotlandiyada senzura siyasətini təşviq etdiyinə dair məqaləsinə cavab olaraq dərc edilib.

Mask və Soros arasında düşmənçilik uzun müddətdir davam edir. May ayında iş adamı tvitində Sorosun bütün bəşəriyyətə nifrət etdiyini yazıb və onu mutant superqəhrəmanlar haqqında “X-Men” komiks seriyasının antaqonisti Magneto ilə müqayisə edib.

“Soros”un fəaliyyəti həm maliyyə spekulyasiyalarına, həm də qalmaqallı reputasiyasına görə mənfi qiymətləndirilir. O, bir sıra ölkələrdə hakimiyyət dəyişikliyini təşkil etməkdə dəfələrlə ittiham olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər