ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Cənubi Koreyada yeni şirkət təsis edib.
“Starlink Korea” şirkəti martın 8-də qeydiyyatdan keçib.
Yeni kommersiya qurumuna “SpaceX”ın biznes əməliyyatları üzrə baş direktoru Lauren Ashley Dreyer rəhbərlik edəcək. O, həm də ötən il Azərbaycanda yaradılmış “Starlink Azerbaijan” MMC-nin qanuni təmsilçisidir.
Xatırladaq ki, “Starlink Azerbaijan”ın hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 15, mənzil 140, nizamnamə kapitalı isə 100 ABŞ dollarıdır.