24 C
Baku
Monday, June 16, 2025

Mask Starlink sisteminin İran üzərindən işə salındığını elan edib

İyunun 14-də amerikalı milyarder və “SpaceX” şirkətinin rəhbəri İlon Mask İran ərazisində Starlink peyk internet sisteminin aktivləşdirildiyini bildirib.

Bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

“Şüa siqnalları aktivdir”, – deyə Mask yazıb.

O, bu şərhi bir istifadəçinin İran vətəndaşları üçün Starlink xidmətinin işə salınması ilə bağlı müraciətinə cavab olaraq verib.

Xatırladaq ki, Starlink peyk interneti senzura və internetə çıxış məhdudiyyətlərinin olduğu regionlarda sərbəst əlaqə yaratmaq imkanına görə geniş maraq doğurur.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər