Amerikalı biznesmen Elon Mask şübhəli səbəblərdən bloklanmış “Twitter” hesablarının bərpa olunacağını bildirib.
Bunu İ.Mask cümə günü sosial şəbəkə istifadəçilərindən birinin sualına cavabında deyib.
“Kiçik və ya şübhəli səbəblərə görə bloklanmış (hesabların – red.) hamısı “Twitter” həbsxanasından azad ediləcək”, – deyə amerikalı biznesmen bildirib.