10 C
Baku
Thursday, October 30, 2025

Mask tarixdə bir ilkə imza atıb – sərvəti 500 milyard doları ötüb

Amerikalı sahibkar və milyarder İlon Mask tarixdə ilk dəfə $500 milyard sərvətə sahib olan insana çevrilib.

Maskın sərvəti bu yaxınlarda $500 milyarda qədər artmış, sonra isə bir qədər azalararaq $499,1 milyarda düşmüşdür. Bu, “Tesla” şirkətinin səhmlərinin təxminən 14 faiz bahalaşmasından sonra baş verib ki, bu da şirkətin 12%-inə sahib olan Maskın sərvətini əhəmiyyətli dərəcədə artırıb.

Mask həmçinin, “SpaceX” və “xAI” kimi kosmik və texnologiya nəhənglərinin iri pay sahibdir ki, bu da sahibkara illik yaxşı gəlir gətirir.

Qeyd edək ki, sentyabrın əvvəlində “Forbes” jurnalı dünyanın və ABŞ-ın ən varlı insanların siyahısını təqdim edib. Bu siyahıda ilk yeri dördüncü il ardıcıl olaraq “Tesla” və “SpaceX”in təsisçisi Elon Mask tutur.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər