26 C
Baku
Saturday, July 27, 2024

Mask “Tesla” səhmlərinin satışını iki il müddətinə dayandıra bilər

Amerikalı biznesmen İlon Mask rəhbəri olduğu “Tesla” şirkətinin iki il ərzində səhmlərini satmağı planlaşdırmır.

Bu barədə İ.Mask cümə günü keçirilən videokonfrans zamanı bildirib.

“Mən yəqin ki, indidən başlayaraq iki il müddətinə “Tesla” səhmlərini satmayacağam. Gələn il mütləq heç bir şəraitdə və yəqin ki, ondan sonrakı il də satış olmayacaq”, – deyə biznesmen bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə iqtisadiyyat “ciddi tənəzzülə” qədəm qoyacaq və yüksək qiymətli mallara tələbat azalacaq.

Son xəbərlər
Digər xəbərlər