12 C
Baku
Monday, November 25, 2024

Mask “Tesla” səhmlərinin dəyərindən narahat olmamağa çağırıb

“Tesla”nın səhmləri 10%-dən çox ucuzlaşdıqdan sonra CEO İlon Mask işçilərə Yeni il öncəsi yazdığı məktubda işçiləri “birjada baş verən çılğınlıqdan çox narahat olmamağa” çağırıb, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

“Birjadakı çılğınlıqdan çox narahat olmayın. Mükəmməl performans təqdim etməyə davam etdikcə bazar buna reaksiya verəcək. İnanıram ki, uzun müddətdə “Tesla” Yer kürəsinin ən dəyərli şirkəti olacaq”, – mesajda deyilir.

“Tesla” ucuzlaşdıqdan sonra çərşənbə ticarətində 3.3% bahalaşıb. Dekabrın 27-də “Reuters” şirkətin 2023-cü ilin yanvarında Şanxaydakı zavodunda istehsal cədvəlini azaltmağı planlaşdırdığını bildirdikdən sonra onların kotirovkaları 11.4% azalıb.

2022-ci ilin əvvəlində “Tesla” 1.2 trilyon dollar dəyərində qiymətləndirilib. O vaxtdan bəri onun kapitallaşması 800 milyard dollardan çox düşüb. “Tesla”nın maliyyə vəziyyətinin pisləşməsinin səbəblərindən biri ilk olaraq Çində şirkətin ölkədəki fabriklərində istehsalın dayanmasına və ya azalmasına, daha sonra isə bütün məhdudiyyətlərin ləğvinə və sonradan insidentlərin rekord dərəcədə artmasına səbəb olan karantinlər olub. Digər amil İlon Maskın “Twitter” sosial şəbəkəsini almasıdır – o, müqaviləni maliyyələşdirmək üçün “Tesla”nın 31 milyard dollarlıq səhmlərini satıb.

Son xəbərlər
Digər xəbərlər