Qabaqcıl texnologiya şirkətlərinin təsisçisi İlon Mask keçmişdə “Tesla”nı satmaq istəyib və bu təklifi “Apple” şirkətinin baş icraçı direktoru Tim Kuka edib.
Bu barədə Mask özünün tvitter hesabında yazıb
“Model 3 proqramının (elektrikli sedan avtomobili – Red) ən çətin günlərində “Tesla”nın “Apple” tərəfindən (indiki dəyərinin onda biri ilə) alınmasını müzakirə etmək üçün Tim Kuka müraciət etdim. O, görüşməkdən imtina etdi” , – o qeyd edib.
Qeyd edək ki, ABŞ-ın “Tesla Motors” şirkətinin əsası 2003-cü ildə elektrik avtomobillərin və texnologiyaların istehsalçısı kimi qoyulub.