13 C
Baku
Saturday, November 23, 2024

Mask “Tesla”nın 4 mlrd. dollarlıq səhmlərini satıb

Dünyanın ən varlı insanı İlon Mask aprelin 26-sı və 27-si sahib olduğu “Tesla”nın təxminən 4 milyard dollarlıq səhmlərini satıb. Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) əməliyyatlar haqqında açıqlamasında deyilir.

SEC-ə təqdim olunan sənədlərə əsasən, qiymətli kağızların satışının əsas payı aprelin 26-sinə təsadüf edib. Mask cəmi iki gün ərzində avtomobil şirkətlərinin 4.4 milyon səhmini satıb.

Xatırladaq ki, daha əvvəl iş adamı 44 milyard dollara “Twitter”i alıb. Bunun fonunda onun sərvəti bir gündə 29 milyard dollar azalıb. Səbəb isə avtomobil istehsalçısının səhmlərinin çökməsi olub. Belə ki, sərmayəçilər milyarderin planlarını yüksək qiymətləndirsələr də, ehtiyatlı davranılar və Maskın sahib olduğu bütün layihələri effektiv şəkildə idarə edə biləcəyinə inanmırlar.

Son xəbərlər
Digər xəbərlər