10 C
Baku
Monday, April 7, 2025

Mask Trampın rüsum siyasətinə qarşı çıxıb

Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ prezidenti Donald Trampın siyasətinə zidd olaraq ABŞ və Avropa İttifaqı (Aİ) arasında azad ticarət zonasının yaradılmasına çağırıb.

O, bu barədə İtaliyada keçirilən “Liqa Konqresi”ndə çıxışı zamanı bildirib.

“Ümid edirəm ki, həm Avropa, həm də ABŞ-ın azad ticarət zonası yaratmaqla, ideal şəkildə sıfır rüsum vəziyyətinə keçməsi barədə razılıq əldə olunacaq”, – deyə o bildirib.

İş adamı həmçinin qeyd edib ki, Aİ-də hərəkət və məşğulluq azadlığı ABŞ-a da şamil edilməlidir.

Son xəbərlər
Digər xəbərlər