16 C
Baku
Friday, November 22, 2024

Mask Trampın seçki kampaniyasına $43 mln.-dan çox vəsait ayırıb

ABŞ-li biznesmen və sahibkar İlon Mask oktyabrın ilk iki həftəsində respublikaçılardan prezidentliyə namizəd Donald Trampın seçki kampaniyasının dəstəklənməsinə 43 milyon dollardan çox vəsait ayırıb.

Bu barədə “Politico” qəzeti yazır

“İlon Mask Donald Trampı dəstəkləyən siyasi fəaliyyət komitəsinə (oktyabrın birinci yarısında – red.) daha 43.6 milyon dollar yatırıb”, – deyə bildirilib.

Bundan əlavə, sahibkarın göstərilən dövrdə ABŞ Senatında respublikaçı partiyanın dəstəklənməsinə 10 milyon dollar xərclədiyi qeyd olunur.

Ümumilikdə Mask Tramp və ABŞ respublikaçılarının dəstəklənməsinə 118 milyon dollar xərcləyib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər