8 C
Baku
Sunday, November 17, 2024

Mask Türkiyədə keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunur

“Twitter“ sosial şəbəkəsinin sahibi İlon Mask Türkiyədə keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunur.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Aleksandriya Okasio-Kortez deyib.

O deyib ki, Mask gələcəkdə ABŞ-da belə bir prosesə də müdaxilə edə bilər.

Onun sözlərinə görə, Türkiyə hökumətinin tələbi ilə “Twitter” hesablarının bloklanması milyarderin əleyhinə işləyib.

“Gələn il keçiriləcək seçkilərdən narahatam, nəzərə alsaq ki, Mask Türkiyədəki seçkilərə təsir göstərib”, – deyə o bildirib.

Xatırladaq ki, Türkiyədə seçki mayın 29-da başa çatıb. Rəcəb Tayyib Ərdoğan qalib gəldi. O, ikinci turda səslərin 52 faizini qazanıb. Rəqibi Kamal Kılıçdaroğluna seçicilərin cəmi 47%-i səs verib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər