5 C
Baku
Saturday, December 14, 2024

Mask Twitter-i bəzi istifadəçilər üçün pullu etmək istəyir

Twitter sosial şəbəkəsi kommersiya və hökumət istifadəçiləri üçün pullu ola bilər.

Bu barədə sosial şəbəkəni alan amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu Elon Musk (İlon Mask) mikrobloqunda bildirib.

“Twitter ümumi istifadəçilər üçün həmişə pulsuz olacaq, lakin kommersiya/dövlət istifadəçiləri üçün kiçik bir ödəniş ola bilər”, – o yazıb.

Milyarder bunun adi şəxsi istifadəçilərə təsir etməyəcəyini vurğulayır. Lakin kommersiya və hökumət istifadəçiləri üçün onlar orta rüsum tətbiq edə bilərlər. Mask daha əvvəl Amerika platformasını $44 milyarda alıb.

Son xəbərlər
Digər xəbərlər