13 C
Baku
Sunday, November 24, 2024

Mask “Twitter”-in illik gəlirini 26,4 milyard dollara çatdırmağı hədəfləyir  

Amerikalı sahibkar, SpaceX və Tesla şirkətlərinin qurucusu İlon Mask 2028-ci ilə qədər “Twitter”-in illik gəlirini 26,4 milyard dollara çatdırmağı hədəfləyir.

Bu barədə milyarderin özü bildirib.

Qeyd olunur ki, Mask sosial şəbəkənin illik gəlirini beş dəfədən çox artıraraq, 2028-ci ilə qədər 26,4 milyard dollara çatdırmağı planlaşdırdığını bildirib. Nəşr 2021-ci ildə şirkətin gəlirinin 5 milyard dollar təşkil etdiyini vurğulayır.

Qəzetin istinad etdiyi sənəddə iddia edilir ki, sahibkar gəlir üçün “Twitter”-in reklamdan asılılığını azaltmaq istəyir.

Maskın planına görə, 2028-ci ildə reklam ümumi gəlirin təxminən 45%-ni (12 milyard dollar) təşkil edəcək, 2020-ci ildə isə şəbəkə gəlirinin təxminən 90%-i reklamdan əldə edib.

Bundan əlavə, Mask 2028-ci ilə qədər Twitter istifadəçilərinin sayının 931 milyona çatacağını gözləyir.

 

 

Son xəbərlər
Digər xəbərlər