13 C
Baku
Sunday, November 24, 2024

Mask “Twitter” üçün yeni rəhbər axtarır

“Twitter” sosial şəbəkəsinin yeni sahibi, amerikalı sahibkar İlon Mask şirkətə yeni menecer tapmağı planlaşdırdığını bildirib. Milyarder bu sosial şəbəkəyə hədsiz çox vaxt xərclədiyini və “Tesla” investorlarının bundan narahat olduqlarını deyib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Mask bu yolla şirkətdə işlərin təşkilinə sərf etdiyi vaxtı minimuma endirmək istədiyini bildirib. O, həmçinin qeyd edib ki, bu həftənin sonuna kimi təşkilati strukturda bütün dəyişiklikləri başa çatdırmağı planlaşdırır.

Xatırladaq ki, Mask oktyabrın 27-si “Twitter”i 44 milyard dollara alıb. Bundan sonra iş adamı kadr dəyişikliklərinə başlayıb. Xüsusilə, Mask şirkətin direktorlar şurasını buraxıb, icraçı direktorunu, maliyyə direktorunu və hüquq məsələləri üzrə rəhbərini ixtisar edib.

Dünən, noyabrın 16-sı Mask işçilərini seçim qarşısında qoyub. Məlumata görə, o, işçilərə ya yeni “sərt” iş rejiminə keçməyi, ya da şirkəti tərk etməyi təklif edib. Şirkətdə qalmaq üçün işçilərdən Maskın onlara göndərdiyi məktubdakı linkdə “bəli” düyməsini sıxmaq tələb olunur. Noyabrın 17-si axşama qədər razılığı təsdiq etməyənlərə üç aylıq əmək haqqı məbləğində işdən çıxma müavinəti veriləcək.

Son xəbərlər
Digər xəbərlər