27 C
Baku
Saturday, July 27, 2024

Mask “Twitter”də bəyənmələri reaksiyalarla əvəz etməyi təklif edib

İlon Mask bildirib ki, “Twitter” sosial şəbəkəsi yaxın zamanda “like”lardan imtina edə bilər. Belə ki, iş adamı istifadəçilərdən birinin bəyənmələri reaksiyalarla əvəz etmək təklifi ilə razılaşıb.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“İlon Mask, xahiş edirəm, bəyənmələrdən qurtula bilərik? Məncə, bu “icon”lardan uzaqlaşmağın vaxtıdır. Mən onları “bəli”, “belə də” və “xeyr” ilə əvəz etməyi təklif edirəm”, – deyə həmin istifadəçi yazıb.

Oktyabrın 27-si Mask “Twitter”i alıb. İş adamının gəlişindən sonra şirkətdə çox şey dəyişib, məsələn, hesabların ödənişli verifikasiyası funksiyası istifadəyə verilib.

Son xəbərlər
Digər xəbərlər