2 C
Baku
Saturday, December 14, 2024

Mask “Twitter”də bloklanan istifadəçiləri “əfv” edəcəyinə söz verib

İlon Mask “Twitter”də bloklanmış istifadəçilərin növbəti həftə ərzində “əfv” ediləcəyini söyləyib.  Xatırladaq ki, bundan əvvəl, noyabrın 23-də iş adamı öz səhifəsində bloklanmış hesabları blokdan çıxarmağa dəyər, yoxsa dəyməz sorğusunu keçirib. Bu ideyanı səs verən istifadəçilərin 72.4%-i dəstəkləyib, 27.6%-i isə əleyhinə çıxıb.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Milyarder həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabının bloklanmasını dəstəkləməyib və bu addımı yanlışlıq adlandırıb. May ayında o, sosial şəbəkənin ona məxsus olduğu halda siyasətçini blokdan çıxaracağını bildirib. İlon Mask “Twitter”i oktyabr ayında 44 milyard dollara alıb. İş adamı yeni vəzifəyə gəldikdən dərhal sonra şirkətin direktorlar şurasını istefaya göndərib.

Son xəbərlər
Digər xəbərlər