“Twitter”in yeni sahibi olan İlon Mask sosial şəbəkədə pul köçürmələrini işə salmağı düşünür. Onun sözlərinə görə, bu funksiya üçün texniki baza artıq mövcuddur.
Milyarderin fikrincə, yenilik vasitəsilə sosial şəbəkə istifadəçilər arasında pul köçürmələri etmək, vəsaitləri bank hesabına keçirmək mümkün olacaq.
Banker.az bu barədə “Vesti”yə istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl “Twitter”də “mavi quş”u əvəz edən “Official” funksiyası işə salınıb. O, birincidən fərqli olaraq bütün istifadəçilər üçün pulsuzdur.